Ru
Bakı
USD
EUR
GBP
RUB

ADNSU-nun laboratoriyaları yeni avadanlıqlarla təmin olunub (FOTO)

news photo

07.02.2019 15:41 // Təhsil

Fevralın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin yeni avadanlıqlarla təmin olunmuş laboratoriyalarında olub. 

Youthportal.az ADNSU-nun rəsmi saytına istinadla xəbər verir ki, əvvəlcə Fizika laboratoriyasına baş çəkən rektor, professor Mustafa Babanlı burada yaradılan şəraitlə tanış olub. “Fizika” kafedrasının müdiri, professor Müsavər Musayev yeni avadanlıqlar haqqında rektor, prof. Mustafa Babanlıya məlumat verib, onların iş prinsipini nümayiş etdirib.

Daha sonra rektor, prof. Mustafa Babanlı “İdarəetmə və Sistemlər Mühəndisliyi” kafedrasının laboratoriyasında olub. Kafedra müdiri, professor Fərid Ağayev yeni avadanlıqlar haqqında məlumat verib, müasir laboratoriyaların tələbələr üçün əhəmiyyətini qeyd edib.

Laboratoriyalarla tanışlıqdan sonra professor-müəllim heyəti ilə görüş keçirən rektor, prof. Mustafa Babanlı universitetdə bu cür tədbirlərin davamlı olacağını bildirib. Laboratoriyaların zənginləşdirilməsinin ali məktəbdə elmin inkişafına böyük təkan verəcəyini deyən rektor M.Babanlı burada tələbələrin kurs işlərinin yerinə yetirməsi və startap layihələri üzərində çalışmaları üçün şərait yaradıldığını qeyd edib. Kafedra əməkdaşlarına 3 dildə metodiki göstərişlər hazırlanması və digər məsələlər barədə tövsiyələr verən rektor M.Babanlı professor-müəllim heyətinin təkliflərini dinləyib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi