Ru
Bakı
USD
EUR
GBP
RUB

ADNSU-da yeni magistr proqramının yaradılması istiqamətində müzakirələr aparılıb

news photo

09.09.2019 16:35 // Təhsil

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramının “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində ilk işgüzar görüş keçirilib.

ADNSU-dan Youthportal.az-a bildiriblər ki, yerli layihə üzvlərinin – Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universiteti, həmçinin Erasmus Azərbaycan Ofisinin rəhbərliyinin iştirak etdiyi görüşdə layihənin strukturu, iştirakçıların öhdəlik və vəzifələri, iş planı və layihə çərçivəsində yeni magistr proqramının yaradılması istiqamətində müzakirələr aparılıb.

İştirakçılar iclasın sonunda sillabusun hazırlanması məqsədi ilə iş bölgüsünü aparıb və gələcək görüşlər haqqında razılığa gəliblər.

Digər xəbərlər

Xəbər lenti

“Anamın kitabı”nı bir daha oxuyaq

Bakıya yağış, rayonlara qar yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi