Ru
Bakı
USD
EUR
GBP
RUB

ADNSU-da qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur keçirilib

news photo

10.01.2019 14:45 // Cəmiyyət

Yanvarın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur keçirilib.

Youthportal.az xəbər verir ki, KİV nümayəndələri, təhsil ekspertləri, ictimaiyyət nümayəndələri imtahanların gedişini izləyib, ADNSU-da qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.

Sonra mediatur iştirakçıları ilə görüş olub. Görüşdə universitetin rektoru, professor Mustafa Babanlı qış imtahan sessiyasının təşkili ilə bağlı ətraflı məlumat verib.

Qeyd olunub ki, imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Əyani şöbələrdə imtahan sessiyası yanvarın 3-dən başlanıb və fevralın 2-də başa çatacaq.

Mediatur iştirakçıları imtahan sessiyasının təşkilindən razı qaldıqlarını bildiriblər.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi