Ru
Bakı
USD
EUR
GBP
RUB

ADNSU-da Milli Mətbuat Günü qeyd olunub

news photo

18.07.2019 12:14 // Təhsil

İyulun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 22 iyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri ilə görüşüb.

Youthportal.az xəbər verir ki, görüşdə M.Babanlı Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə və mətbuata daim xüsusi önəm verdiyini vurğulayıb.

Rektor ADNSU-da elmin, təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qazanılan nailiyyətlər barədə məlumat verib.

Müasir cəmiyyətdə mətbuatın rolundan danışan professor Mustafa Babanlı ölkəmizdə onun azad, demokratik şəraitdə fəaliyyətinə geniş imkanlar yaradıldığını söyləyib, Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

Sonra jurnalistlərə hədiyyələr təqdim olunub.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi