Ru
Bakı
USD
EUR
GBP
RUB

ADNSU və Çinin Şimal-Şərqi Neft Universiteti əməkdaşlığa dair müqavilə imzalayıb

news photo

06.12.2019 16:50 // Təhsil

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Çinin Şimal-Şərqi Neft Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

ADNSU-dan Youthportal.az-a bildiriblər ki, imzalanma mərasimində rektor Mustafa Babanlı universitetdə tədris olunan ixtisaslar, MBA proqramları, beynəlxalq əməkdaşlıq əlaqələri və ikili diplom proqramları haqqında ətraflı məlumat verib. Çin universitetləri ilə uzunmüddətli əlaqələrin olduğunu qeyd edən rektor ikili diplom proqramları və tələbə mübadiləsi istiqamətində əməkdaşlığa xüsusi önəm verildiyini bildirib.

Çinin Şimal-Şərqi Neft Universitetinin rektoru, professor J.Minghu rəhbərlik etdiyi universitetin fəaliyyətindən danışıb, ADNSU ilə sıx və davamlı əməkdaşlıq üçün hər cür imkanlarının olduğunu deyib.

Sonra əməkdaşlığa dair müqavilə imzalanıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi