Ru
Bakı
USD
EUR
GBP
RUB

ADNSU ilə “Metak” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb (FOTO)

news photo

20.12.2018 18:05 // Təhsil

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, prorektorlar, eləcə də neft-mexanika və kimya-texnologiya fakültələrinin professor-müəllim heyəti “Metak” şirkətində olub.

ADNSU-dan Youthportal.az-a bildirilib ki, nümayəndə heyəti “Metak” şirkətinin 3 istehsalat laboratoriyasında istehsal prosesi ilə tanış olub. Daha sonra şirkət nümayəndələri onlara çalışdıqları qurumun fəaliyyəti haqqında geniş məlumat veriblər.

Görüşdə, həmçinin tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Tələbələrin buraxılış işi mövzularının seçilməsi, istehsalat təcrübəsi, həmçinin magistrantların şirkətdə işləməsi barədə söhbət aparılıb.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi