Ru
Bakı
USD
EUR
GBP
RUB

ADDA-nın tələbələrinə işə qəbul müsabiqəsinə hazırlıq barədə təqdimat keçirilib

news photo

10.06.2019 14:20 // Təhsil

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnsan resurslarının idarəedilməsi departamenti (İRİD) tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasının IV kurs tələbələri üçün işə qəbul müsabiqəsinə hazırlıq barədə təqdimat keçirilib.

QSC-dən Youthportal.az-a bildirilib ki, İRİD-in gənclərlə iş üzrə koordinatoru Roza Bədəlova və işə qəbul üzrə aparıcı mütəxəssis Yeganə Nəsibova ASCO-da işə qəbul barədə tələbələrə ətraflı məlumat veriblər. Bildirilib ki, ASCO-da kadr siyasəti uyğun əməkdaşın uyğun vaxtda uyğun vəzifəyə münasibliyi prinsipi ilə həyata keçirilir.

Təqdimat zamanı tələbələrə uğurlu CV doldurmağın yolları da öyrədilib. Qeyd olunub ki, işə qəbul üçün ən əsas mərhələlərdən biri CV mərhələsidir. Belə ki, CV işəgötürəndə sizin haqqınızda ilkin fikir yaradacaq vasitədir. Bu səbəbdən işə qəbul olmaq istəyirsinizsə, səliqəli və diqqətçəkən CV hazırlamaq və göndərmək vacib məsələlərdəndir.

Sonda ADDA tələbələri arasında nümunə olaraq “işə qəbul müsabiqə”si keçirilib. Tələbələr təqdimatı böyük maraqla izləyib, mövzu ilə bağlı fikirlərini bildirib, suallarını səsləndiriblər.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi