Ru
Bakı
USD
EUR
GBP
RUB

ADA Universitetində məktəblilər dünya diplomatiya tarixinə həsr olunmuş tamaşa göstəriblər (FOTO)

news photo

25.12.2018 15:25 // Təhsil

ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tematik bal keçirilib.

Təhsil Nazirliyindən Youthportal.az-a bildiriblər ki, tədbirdə Bakı Avropa Liseyi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin II-VI sinif şagirdləri iştirak ediblər.

Universitetin prorektoru Fariz İsmayılzadə iştirakçıları və qonaqları salamlayıb.

Məktəblilər qədim dövrlərdən 1918-ci ilədək dünya diplomatiya tarixinə həsr olunmuş ədəbi-musiqili perfomans nümayiş etdiriblər. Tamaşada Misirin Amarna şəhərində tapılmış qədim diplomatiya arxivindən tutmuş Paris Sülh Konfransınadək sənədli materiallardan istifadə edilib.

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış balın orijinal formatı, tarixi geyimlərdən istifadə olunması, pavana, menuet və digər orta əsr rəqsləri tamaşaçılar tərəfindən yüksək dəyərləndirilib.

Tədbirdə əsas diqqət Paris Sülh Konfransının iştirakçılarına həsr edilmiş mini tamaşaya ayrılıb. Tamaşanın hazırlanmasında Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi “Əbədi ezamiyyət” sənədli filminin materiallarından istifadə edilib.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Monitorinq insidentsiz başa çatıb

Atəşkəs 22 dəfə pozulub

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi