Ru
Bakı
USD
EUR
GBP
RUB

ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır

news photo

23.05.2019 10:45 // Təhsil

ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır.

Bu məsələ mayın 22-də Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə görüşündə müzakirə edilib.

ADA Universitetindən Youthportal.az-a bildirilib ki, tərəflər, xüsusilə informasiya texnologiyalarının və tətbiqi elmlərin inkişafı məqsədilə mübadilə proqramlarını nəzərdən keçirəcəklər.

Görüşdə qarşılıqlı maraq doğuran sahə kimi, həmçinin Xəzər hövzəsi üzrə elmi tədqiqatların aparılması müzakirə olunub.

Akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti ADA Universitetində olarkən tədris mərkəzi ilə də tanış olub. Qonaqlara universitetin tələbə və müəllim heyəti, burada yaradılan beynəlmiləl mühit və Rusiyanın bir neçə aparıcı universiteti daxil olmaqla, 70-ə yaxın xarici ali təhsil ocağı ilə qurulan elmi əməkdaşlıq barədə məlumat verilib. Akademik Aleksandr Sergeyev qarşıdan gələn “Məzun günü” münasibətilə universitet rəhbərliyini təbrik edib və ADA yetirmələrinə uğurlar arzulayıb.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İnstitut işçi axtarır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi