Ru
Bakı
USD
EUR
GBP
RUB

“Açıq əyləncəli futbol məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Cocuq Mərcanlıda keçirilib (FOTO)

news photo

17.04.2019 16:04 // İdman

AFFA-nın və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Açıq əyləncəvi futbol məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Youthportal.az xəbər verir ki, tədbirdə AFFA-nin birinci vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputat İlham Əliyev, Cəbrayıl rayon gənclər və idman idarəsinin rəisi Emin Məstəliyev iştirak ediblər.

Çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar.

Layihə çərçivəsində uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Xatırladaq ki, 7-12 yaşlı oğlan və qızların iştirakını nəzərdə tutan bu layihənin əsas məqsədi uşaq futbolunun inkişafına kömək göstərmək, uşaqların asudə vaxtının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzinin təbliğ etməkdir.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi