Ru
Bakı
USD
EUR
GBP
RUB

“Abşeronda lianların introduksiyası” kitabı çap edilib

news photo

20.06.2019 10:26 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevin “Abşeronda lianların introduksiyası” kitabı çapdan çıxıb.

Nəbatat Bağından Youthportal.az-a bildirilib ki, kitabda Abşeron şəraitində 87 növ və formadan ibarət lian bitki kolleksiyası toplanıb, onların taksonomik tərkibi, fenologiyası, böyümə xüsusiyyətləri, təbii bərpası öyrənilib, daha perspektivli növlər, onların toxum və vegetativ yolla çoxaldılma aqrotexnikası müəyyənləşdirilib, çoxaldılan və perspektivli növləri yaşıllaşdırma işləri üçün tövsiyə olunub.

Xatırladaq ki, AMEA-nın Mərkəzi Nəbatat Bağında 2001-ci ildən lian bitkilərinin kolleksiyası yaradılaraq, vaxtilə itib-batmaqda olan növlər bərpa edilib və müxtəlif yollarla - xarici ölkələrdən, Azərbaycanın təbii florasından və ayrı-ayrı həvəskar bağbanlardan yeni növlər əldə olunub. Ümumilikdə 22 fəsiləyə, 33 cinsə aid 87 növdən və formadan ibarət lian bitkilərin kolleksiyası yaradılıb.

Digər xəbərlər

Xəbər lenti

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi