Ru
Bakı
USD
EUR
GBP
RUB

ABŞ-da şiddətli şaxta nəticəsində 8 nəfər həlak olub

news photo

31.01.2019 13:26 // Dünyada

Şiddətli şaxtalar nəticəsində ABŞ-ın Orta Qərb bölgəsində iri şəhərlər iflic vəziyyətinə düşüb. Səkkiz nəfərin ölümünə səbəb olmuş şaxtanın gələn həftənin ortalarına qədər davam edəcəyi gözlənilir.   

 Youthportal sinoptiklərin məlumatına istinadla xəbər verir ki, yanvarın 31-nə keçən gecə Çikaqoda temperatur mənfi 32 dərəcəyə çatıb. Bundan əvvəl Çikaqoda bu cür güclü şaxta sonuncu dəfə 1994-cü ildə qeydə alınıb. Anomal şaxta şimal-şərq ştatları tərəfə irəliləyir. Ən aşağı temperatur (mənfi 54 dərəcə) Minessota ştatının Ponsfort şəhəri ətrafında qeydə alınıb.    

Şaxtalı hava ilə əlaqədar Orta Qərb sakinləri evlərində qalmağa məcbur olublar. Poçt xidməti Minnesota və Ayova ştatlarına, habelə Viksonsin və İllinoys ştatlarının qərb hissəsinə poçt daşınmasını dayandırıb.    Çərşənbə günü Çikaqo aeropotlarında 1700-dən çox reys ləğv edilib, Amtrak dəmir yol şirkəti isə həmin gün Çikaqoya getməli bütün reysləri təxirə salıb. Regionun ali məktəblərində, o cümlədən Çikaqo, Şimal-Qərb, Viskonsin, Medison və Miçiqan universitetlərində məşğələlər ləğv edilib.

Digər xəbərlər

Xəbər lenti

Zoologiya İnstitutu vakansiya elan edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi