Ru
Bakı
USD
EUR
GBP
RUB

ABŞ səfirliyi və Bakı Amerika Mərkəzi “İngilis dili həftəsi”nə başlayıb (FOTO)

news photo

09.09.2019 16:18 // Təhsil

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Bakı Amerika Mərkəzi, hər il qeyd olunan “İngilis dili həftəsi”nin rəsmi açılışını elan edir.

Səfirlikdən Youthportal.az-a verilən məlumata görə, 9 -13 sentyabr tarixlərində Azəbaycanın müxtəlif regionlarından 100-dən çox ingilis dili müəllimi Amerika Mərkəzində bir araya gələrək praktiki ünsiyyət təcrübəsini vurğulamaq üçün bir sıra tədbirlərdə iştirak edəcəklər. “İngilis dili həftəsi”ndə müəllimlər videomühazirələrin tədris proqramlarında səmərəli istifadə olunması, sosial medianın siniflərə mənalı şəkildə inteqrasiya olunması və müasir şagirdləri dərslərə cəlb etmək üçün digər üsulları öyrənəcəklər.

Maraqlanan müəllimlər 12 sentyabr saat 15:00-da açıq mühazirəyə dəvət olunurlar.

İngilis dili həftəsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün Bakı Amerika Mərkəzinin Facebook səhifəsinə daxil olun: https://www.facebook.com/bakuamericancenter/

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi