Ru
Bakı
USD
EUR
GBP
RUB

ABŞ eksperti Gənclər təşkilatını monitorinq etdi (FOTO)

news photo

02.03.2019 11:39 // Gənclər üçün

UNİCEF tərəfindən ölkəmizə ABŞ-dan dəvətli olan kommunikasiya üzrə müstəqil ekspert Barbara Franklin Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinə səfər etdi. Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin rəhbəri Yusif Poladov qonağa Şirvan Gənclər Evində Mərkəz tərəfindən həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində psixoloji ,hüquqi ,pedaqoji ,sosial xidmət fəaliyyətləri ilə tanış etdi.

Bu barədə Youthportal.az-a Gənclər üçün Təhsil Mərkəzindən məlumat verilib.

Daha sonra Mərkəzin regionda həyata keçirtdiyi layihələr və 2019-cu il üçün nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verildi. Sonda sosial işçilər Asif Hacıyev, Turan Sadıqov, Ülviyyə Şahbazova və Mərkəzin psixoloqu Səidə Ağayeva  tərəfindən qonağa Mərkəzə daxil olan müraciətlər və keyslər barədə geniş məlumat verildi.

Qeyd edək ki , qonaq ölkəmizə “Azərbaycanda əlilliyi olan uşaqlar üçün  keyfiyyətli inkluziv təhsilin genişləndirilməsi “ layihəsi çərçivəsində kommunikasiya strategiyası və fəaliyyət planını hazırlamaq məqsədi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi tərəfindən dəvət olunub.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Atəşkəs 18 dəfə pozuldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi