Ru
Bakı
USD
EUR
GBP
RUB

ABŞ Dövlət Departamenti "Facebook" və "Twitter"i İran hakimiyyət orqanlarının səhifələrini bağlamağa çağırıb

news photo

24.11.2019 09:06 // Dünyada

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk "Facebook", "İnstaqram" və "Tvitter" sosial media şəbəkələrini İranın hakimiyyət orqanlarının səhifələrini bağlamağa çağırıb.

Youthportal.az xəbər verir ki, B.Huk "Twitter" hesabında yerləşdirdiyi çıxışında deyib: "Bu həddindən artıq ikiüzlü rejimdir. Hökumət sosial şəbəkələrdəki bütün hesablardan istifadə etməyə davam edərkən İnterneti söndürür. "Facebook", "İnstagram" və "Twitter" kimi şirkətləri Ali Rəhbər (Əli) Xamenei, Xarici İşlər Naziri (Məhəmməd Cavad) Zərif və Prezident (Həsən) Ruhaninin öz xalqı üçün İnterneti bərpa etməyincə hesablarını bağlamağa çağırırıq".

Daha əvvəl İran Xarici İşlər Nazirliyi, ABŞ-ın İran nazirinə qarşı "İnternet senzurası" üçün sanksiyalarını şərh edərkən, Vaşinqtonun İnternet azadlığının əhəmiyyəti olmadığını söyləyib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi