Ru
Bakı
USD
EUR
GBP
RUB

Abituriyentlər məsləhət üçün Azərbaycan Universitetinə müraciət edə bilərlər (FOTO)

news photo

23.07.2019 10:55 // Təhsil

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 24-dən avqustun 6-dək ixtisas seçimi edəcək abituriyentlər Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.

Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən yaradılmış Abituriyent Məsləhət Mərkəzi 2 ildir ki, fəaliyyət göstərir.

Azərbaycan Universitetindən Youthportal.az-a bildirilib ki, Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında kömək və məsləhət xidməti göstərirlər.

Mərkəz həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 71. Telefon: (+994 12) 431 41 12 (172)

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi