Ru
Bakı
USD
EUR
GBP
RUB

“Abituriyent” jurnalının ikinci nömrəsi nəşr edilib

news photo

27.03.2017 16:44 // Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının ikinci nömrəsini çap edib.

DİM-dən bildirilib ki, bu nömrədə 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, “Abituriyentin elektron ərizəsi” formasının doldurulma qaydası və nümunəsi, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc olunub.

Nəşrdə, həmçinin 2016-cı ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodik məqalələr əksini tapıb.

Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıya yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi