Ru
Bakı
USD
EUR
GBP
RUB

9-cu sinif buraxılış imtahanlarının vaxtı açıqlanıb

news photo

15.02.2017 15:07 // Təhsil

Bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsinin keçirilmə qrafiki açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi 5, 12, 18 mart tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.

Tarix,Şəhər (rayon)

05.03.2017 - Bakı, Sumqayıt, Abşeron, Xızı, Qobustan

12.03.2017 - Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul,

İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Ağsu, Ucar, Kürdəmir

18.03.2017 - Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Göyçay, Şamaxı, Ağdaş, Yevlax, Quba, Şabran, Qusar, Xaçmaz, Siyəzən

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Heydər Əliyev adına Hərbi Lisey və Peşə liseylərinin şagirdləri üçün imtahan martın 12‑də, C.Naxçıvanski adına Hərbi lisey, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi