Ru
Bakı
USD
EUR
GBP
RUB

Cümhuriyyət tarixinin tədrisi ilə bağlı müzakirələr aparılıb

news photo

11.10.2018 12:46 // Təhsil

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu AMEA–nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Cümhuriyyət tariximiz məktəbli auditoriyasında” mövzusunda “dəyirmi masa” keçirib.

MEK-dən Youthportal.az-a bildirilib ki, tədbirdə Bakının orta ümumtəhsil məktəblərinin tarix müəllimləri, tarixçi alimlər, Bilik Fondunun əməkdaşları, eləcə də bu qurumun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri iştirak ediblər.

Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində həyata keçirilən tədbiri giriş sözü ilə açan icraçı direktor Oktay Səmədov “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə görülən işlərdən, həyata keçirilən maarifləndirici layihələrdən bəhs edib. İcraçı direktor elm və təhsilin inteqrasiyasının vacibliyinə xüsusi diqqət çəkərək, birgə fəaliyyətin önəmini vurğulayıb.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “Cümhuriyyət tariximiz məktəbli auditoriyasında” mövzusunda məruzə ilə çıxış edib. “Dəyirmi masa”da tarix dərsliklərinin vəziyyəti barədə fikirlər səsləndirilib, Cümhuriyyət tarixinin tədrisi ilə bağlı müzakirələr aparılıb, tarixçi alimlər iştirakçıların suallarına cavab veriblər. Tədbir iştirakçıları tarix fənninin tədrisi ilə əlaqədar Bilik Fondunun Sosioloji Sorğu Mərkəzinin keçirdiyi sorğunu cavablandırıblar.

Tədbir çərçivəsində Cümhuriyyət tariximizi əks etdirən yeni nəşrlər nümayiş olunub.

news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi