Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəblilər narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılır

news photo

11.10.2018 12:28 // Cəmiyyət

Paytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan maarifləndirici tədbirlər keçirilir.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində "Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları”, “Zərərli vərdişlərə yox deyək!”, “Narkomaniya əsrin bəlasıdır”, “Narkotiklərə yox!” və bu kimi digər mövzularda maarifləndirici “dəyirmi masa”, konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil olunur.

Tədbirlərdə BŞTİ-nin nümayəndələri, rayon polis idarələrinin əməkdaşları, şagirdlər, müəllimlər və valideynlər iştirak edirlər.

İdarədən Youthportal.az-a bildirilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaqdır. Şagirdləri belə neqativ əməllərdən çəkindirmək və onların təhsilə, elmə, idmana olan marağını artırmaq da əsas hədəfdir.

Maarifləndirici tədbirlərdə gənclərə zərərli vərdişdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir. Məktəblilər belə vərdişlərdən uzaq durmaq, savadlı, vətənpərvər olmaq, sağlamlıqlarını qorumaq barədə maarifləndirilir.

Tədbirlərdə çıxış edənlər narkomaniyanın cəmiyyətə və ümumilikdə, bəşəriyyətə çox böyük ziyan vurması və mümkün olan bütün vasitələrdən istifadə edərək, onun qarşısının alınması barədə geniş məlumatlar verirlər.

Həmçinin müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülür, şagirdləri maraqlandıran suallar cavablandırılır.

Tədbirlərdə narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilir, sənədli filmlər və videoçarxlar nümayiş olunur.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi