Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılacaq

news photo

11.10.2018 16:54 // Təhsil

"Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılacaq".

Youthportal.az  xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.

"Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filialları olacaq", - səfir deyib.

Diplomat qeyd edib ki, Rusiyanın adıçəkilən ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda açılışı iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində baş tutacaq.  

Xatırladaq ki, Azərbaycanda iki Rusiya universitetinin - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi