Ru
Bakı
USD
EUR
GBP
RUB

Salyan rayonunda “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir

news photo

11.10.2018 14:17 // İdman

10  oktyabr  2018 –ci  il  tarixdə  Salyan  rayon  Gənclər və  İdman  İdarəsi  tərəfindən  Salyan  Olimpiya  İdman  Kompleksində  18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr edilmiş payız çağırışına qədər çağırış yaşlı gənclərin  “Vətənin  müdafiəsinə hazıram” çoxnövçülüyü  üzrə rayon birinciliyi  keçirilmişdir.

Youthportal.az xəbər verir ki, tədbirdə  çıxış  edən  Salyan  rayon  Gənclər  və  İdman  İdarəsinin  rəisi  Araz  Hüseynov  yarış  iştirakçılarını  salamlayaraq bildirdi ki, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.   Ölkəmizdə  aparılmış  tarixi  düşünülmüş  addımlar  sayəsində  məhz Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.Daha  sonra  qeyd  etdi ki,  yarışın  keçirilməsində  əsas  məqsəd  Çağırışa qədər və çağırış yaşlı  gənclərin Vətənin  müdafiəsinə mənəvi və  fiziki cəhətdən hazırlamaq, gənclərdə Vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, “VMH” poliatlon çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək, rayonun poliatlon çoxnövçülərindən ibarət yığma komandasının heyətini müəyyənləşdirmək  və  rayon birincisini müəyyən etməkdən  ibarətdir. 4 növçülük üzrə ( 100 metr və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atmaq) keçirilən “Vətənin  müdafiəsinə  hazıram”  çoxnövçülüyü   üzrə  rayon  birinciliyinin sonunda  ən yüksək xal toplayan komandalardanKürqaraqaşlı  kənd   tam  orta  məktəbin  komandası  III  yeri, Şorsulu  kənd  tam  orta  məktəbin  komandası II  yeri,  Arbatan  kənd   tam  orta  məktəbin  komandası I  yeri  qazandı.  8  saylı  orta  məktəbin  komandası  yarışda yüksək çıxışı ilə  fərqlənən komanda  oldu.Birinciliyin   qalibləri  və  fərqlənmiş  iştirakçıları  Salyan  rayon  Gənclər  və  İdman  İdarəsinin  diplom  və  medalları  ilə  təltif edildilər.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi