Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan məktəbliləri Türkmənistanda keçirilən festivalda medallar qazanıblar

news photo

11.10.2018 13:10 // Cəmiyyət

Türkmənistan Respublikasının Avaza Milli Turizm ərazisində Xəzəryanı ölkələrin məktəbliləri arasında II mədəni-idman festivalı keçirilib.

Təhsil Nazirliyindən Youthportal.az-a bildiriblər ki, festivalda ölkəmiz “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 34 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.

Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya məktəblilərinin iştirak etdikləri festivalda ölkəmizi təmsil edən şagirdlər minifutbol, basketbol, voleybol, şahmat və stolüstü tennis idman növləri üzrə yarışlarda mübarizə aparıblar. Yarışların nəticəsinə görə, Azərbaycan komandaları stolüstü tennis idman növündə I, şahmat (oğlan və qızlar) və basketbol üzrə II, voleybol üzrə (qızlar) III, minifutbol üzrə IV yerə layiq görülüblər. Həmçinin komandalar şəxsi yarışlarda stolüstü tennis idman növündə bir qızıl, iki gümüş, şahmatda isə bir bürünc medal qazanıblar.

İştirakçı ölkələr arasında Azərbaycan məktəbliləri qazanılmış medalların ümumi sayına görə ikinci yeri tutub.

Nümayəndə heyətinin üzvləri festivalda bədii proqramla çıxış edərək milli rəqslər nümayiş etdiriblər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi