Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan İlahiyyat İnstitutu vakant vəzifələr üzrə müsabiqə elan edib

news photo

11.10.2018 16:08 // Cəmiyyət

 Azərbaycan İlahiyyat İnstitutu vakant vəzifələr üzrə müsabiqə elan edib.

Youthportal.az xəbər verir ki, müsabiqənin keçirilmə müddəti bir aydır. Müsahibə noyabrın 8-dən dekabrın 8-dək (hər iki tarix daxil olmaqla) davam edəcək.

Vakant yerlər aşağıdakılardır:

“İlahiyyat” fakültəsinə dekan;

“İslamşünaslıq”, “Dinşünaslıq” və “Dillər və ictimai fənlər” kafedralarına müdir;

Ərəb dili müəllimi - 0,5 yer;

Ərəb dili müəllimi - 1 yer;

Xarici dil (ingilis dili) müəllimi - 0.5 yer;

Xarici dil (ingilis dili) müəllimi - 0,5 yer;

Din fəlsəfəsi müəllimi - 0,5 yer;

Din fəlsəfəsi müəllimi - 0,5 yer;

Din sosiologiyası müəllimi - 1 yer;

Hədis, islam əxlaqı müəllimi - 0,5 yer;

Kəlam müəllimi - 0,5 yer.

Namizədlərin müvafiq ixtisasın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və elmi dərəcələri, ən azı, 5 il elmi-pedaqoji təcrübəsi olmalıdır. Sənədlər elan dərc olunduqdan sonra 1 ay müddətində qəbul edilir.

Qeyd edək ki, namizədlərin göstəriciləri vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti ləngidikdə sənədlərin qəbulundan imtina olunur. 

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi