Ru
Bakı
USD
EUR
GBP
RUB

Firəngiz Əlizadənin əsərlərinin yeni nəşrləri Avropada

news photo

11.10.2018 17:28 // Cəmiyyət

Tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, professor Firəngiz Əlizadənin bir sıra partituraları Almaniyanın və İsveçrənin nüfuzlu nəşriyyatları tərəfindən 2018-ci ildə “Yeni nəşrlər” qrifi altında işıq üzü görüb.

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, bu silsiləyə yalnız çox böyük tələbat olan və geniş ifa edilən əsərlər daxil edilib. Bu əsərlərin hər birini ayrı-ayrılıqda “Masterpiece” – öz janrında şah əsər saymaq olar. Bununla yanaşı, bu il yeni mövsümdə Avropa musiqi mağazalarının rəflərində və musiqi məhsullarının müxtəlif sərgi-yarmarkalarında Firəngiz Əlizadənin “Oyan!”, “Impulse”, “Concerto for Marimba and Orchestra”, “Dastan”, “Landscape” əsərlərinin not yazıları, həmçinin möhtəşəm “NASIMI Passion”un partiturası görünüb.

Xatırladaq ki, Firəngiz Əlizadənin bir çox digər partituraları Almaniya, Fransa və İsveçrədə əvvəllər də nəşr edilib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi