Ru
Bakı
USD
EUR
GBP
RUB

Elçin Hüseynbəylinin Qarabağ mövzusunda növbəti kitabı

news photo

11.10.2018 11:17 // Cəmiyyət

Tanınmış yazıçı Elçin Hüseynbəylinin “Qarabağ hekayələri” silsiləsindən növbəti kitabı “Gözünə gün düşür” adlanır. Kitab “Yeni poliqrafist” nəşriyyatında işıq üzü görüb.

Youthportal.az xəbər verir ki, kitaba müəllifin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən 16 hekayəsi, bir povesti və bir pyesi daxil edilib. 333 səhifəlik kitabın rəssamı Həsənağa Ədalət, redaktoru Dürdanə İbrahimova-Hüseynbəylidir.

“Gözünə gün düşür”ün geniş təqdimatı oktyabrın sonları, noyabrın əvvəllərinə planlaşdırılır. Kitab nəşriyyat və müəllif tərəfindən oxuculara hədiyyə ediləcək.

Qeyd edək ki, daim Qarabağ mövzusuna müraciət edən müəllifin ilk hekayəsi “Küləkli çöl” adlanır və 1989-cu ildə qələmə alınıb. Hekayə 1991-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap olunub. Son hekayəsi - “Sevgiylə döyüşmək” isə bu ilin aprelində çap edilib.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi