Ru
Bakı
USD
EUR
GBP
RUB

Sərbəst güləşçilərimiz “Ugra Open”də yarışacaqlar

news photo

11.10.2018 14:44 // İdman

Oktyabrın 12-dən 14-dək Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda “Ugra Open” turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Youthportal.az-a verilən məlumata görə, ənənəvi xarakter daşıyan yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 7 idmançı - Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (70 kq), Ravil Babazadə, İbrahim Yusibov (hər ikisi 79 kq), Cavid Sadıqov (92 kq) və Roman Bəkirov (97 kq) mübarizə aparacaq.

Beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi