Ru
Bakı
USD
EUR
GBP
RUB

Bürünc medalçı Cavad Ağayev: "Bütün Azərbaycan xalqına minnətdarlığımı bildirirəm"

news photo

10.10.2018 17:47 // İdman

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan cüdoçusu Cavad Ağayev mükafatlandırma mərasimindən sonra fikirlərini bildirib.

Youthportal.az xəbər verir ki, 63 kq çəki dərəcəsində yer alan taekvondoçu Cavad Ağayev Milli Olimpiya Komitəsinin Mətbuat xidmətinə açıqlama verib. 

“Yarışlar çox çətin keçdi. Rəqiblərim də çox güclü idmançılar idi. İlk döyüşüm sudanlı idmançıya qarşı olmalı idi. O, döyüşdən imtina etdi. Növbəti mərhələdə iranlı idmançı ilə olan döyüşüm çox çətin keçdi. Mən həmin idmançını 9-8 hesabı ilə məğlub etdim. Daha sonra yarımfinalda koreyalı taekvondoçu Ço Vun Hu ilə qarşılaşdım. İlk iki raundda üstün olsam da, 3-cü raundun son saniyələrində ona xal verdim və 15-13 hesabı ilə məğlub oldum. Bütün Azərbaycan xalqına məni dəstəklədikləri üçün minnətdarlığımı bildirirəm", - C.Ağayev bildirib.

Qarşıdakı yarışlar haqqında da danışan gənc taekvondoçu məqsədinin Azərbaycan bayrağını ilk yerdə dalğalandırmaq olduğunu söyləyib: “Növbəti yarışlarda daha yaxşı çıxış etmək istəyirəm. Məqsədim "Tokio 2020" olimpiadasında vətənimizin bayrağını ilk yerdə dalğalandırmaqdır. Hədəfim ilk yeri tutub Azərbaycan xalqını sevindirməkdir”.

Qeyd edək ki, daha əvvəl cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində Olimpiya çempionu olub.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi