Ru
Bakı
USD
EUR
GBP
RUB

"HORİZON-2020"də ideyadan layihənin təqdim edilməsinə doğru" metodik vəsaiti dərc olunub

news photo

10.10.2018 17:47 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu tərəfindən Avropa İttifaqının Elmi Tədqiqat və İnnovasiya çərçivə proqramında iştirak etməyi planlaşdıran alimlər üçün "HORİZON-2020"də ideyadan layihənin təqdim edilməsinə doğru" metodik vəsaiti dərc olunub.

İnstitutdan Youthportal.az-a bildirilib ki, nəşr institutun xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, "HORİZON-2020" proqramının hüquqi və maliyyə aspektləri üzrə milli təmsilçisi, tarix üzrə fəlsəfə doktoru Tofiq Babayev, Xalidə Məlikova, Sevinc Babayeva və Vasif Həsənovun müəllifliyi ilə hazırlanıb.

Metodik vəsaitdə "HORİZON-2020"nin bütün strukturu və tərkib hissələri, çərçivə proqramında tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılması və təqdim edilməsi barədə məlumatlar verilib. Bundan əlavə, "HORİZON-2020"nin müxtəlif istiqamətləri üzrə milli təmsilçilərin siyahısı əksini tapıb.

Nəşrdən "HORİZON-2020"də iştirak etmək istəyən kiçik və orta sahibkarlar, dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri də yararlana bilərlər.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi