Ru
Bakı
USD
EUR
GBP
RUB

“Google” öz sosial şəbəkəsini bağlayır

news photo

10.10.2018 12:50 // High-tech

“Google” şirkəti fərdi istifadəçilər üçün istifadəyə verdiyi “Google+” sosial şəbəkəsini bağlayır.

Youthportal.az şirkətin saytına istinadla xəbər verir ki, şirkətin bu addımı sosial şəbəkənin populyarlığının az olması ilə bağlıdır.

Şirkətin məlumatında qeyd olunur ki, sosial şəbəkə istifadəçiləri öz məlumatlarını on ay müddətində digər platformalara köçürə bilərlər. “Google+” sosial şəbəkəsi tam olaraq öz fəaliyyətini 2019-cu ilin avqustunda dayandıracaq.

“Google+” 2011-ci ildə “Google Profiles” xidmətinin bazasında istifadəyə verilib. 2012-ci ildən etibarən 13 yaşından yuxarı bütün istifadəçilər bu sosial şəbəkədə sərbəst şəkildə qeydiyyatdan keçə bilib. Şirkət bundan əvvəl açdığı “Orkut” adlı sosial şəbəkəni də 2014-cü ildə eyni səbəbdən bağlayıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi