Ru
Bakı
USD
EUR
GBP
RUB

"Google" 10 mlrd. dollarlıq layihədən imtina edib

news photo

10.10.2018 14:02 // High-tech

ABŞ-ın "Google" şirkəti ölkənin Müdafiə Nazirliyinin (Pentaqon) keçirdiyi bulud texnologiyaları ilə bağlı müsabiqədə iştirak etməkdən imtina edib. 

Bu barədə Youthportal.az xarici mətbuata istinadən xəbər verir. 

Qeyd edək ki, müsabiqənin qalibi Pentaqon üçün xüsusi müdafiə infrastrukturu (Joint Enterprise Defense Infrastructure cloud - JEDI) yaratmalıdır. Dəyəri 10 mlrd. ABŞ dolları olan layihə 10 il müddətinə həyata keçirilməlidir. 

"Google"un müsabiqəyə qatılmaması bu layihənin şirkətin suni intellektin tətbiqi ilə bağlı etik prinsiplərinə zidd olması ilə izah olunur. 

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi