Ru
Bakı
USD
EUR
GBP
RUB

IX Çağırış Kubokunun Bakı seçim tutu keçirildi (FOTO)

news photo

09.10.2018 14:47 // Gənclər üçün

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə ənənəvi IX Çağırış Kubokunun Bakı seçim turu keçirilib.

Təşkilatdan Youthportal.az-a bildirilib ki, “Nə? Harada? Nə zaman?” oyunu üzrə IX Çağırış Kubokununun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, eləcə də intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Seçim turu oktyabrın 7-ə Bakıda “Passage 1901” mərkəzində baş tutub. Seçim turunda 15-ə yaxın ali təhsil müəssisəsinin 200-ə yaxın tələbəsindən ibarət 32 komanda mübarizə aparıb. Nəticədə, seçim turunda ən yaxşı nəticə göstərən komandalar oktyabrın 28-də Bakıda keçiriləcək final oyununa vəsiqə qazanıblar.

“Nə? Harada? Nə zaman?” oyunu üzrə IX Çağırış Kubokununun finalında kubokun ənənəvi təsnifatı ilə yanaşı, regionlardan olan çox saylı komandalar üçün ayrıca təşkil olunacaq Regionlar Kuboku da baş tutacaq.

Qeyd: “Xəzər” İntellektual Gənclər Klubu haqqında daha ətraflı: https://www.facebook.com/Xazarigk

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi