Ru
Bakı
USD
EUR
GBP
RUB

Formula-1: Hemilton Yaponiya Qran-Prisinin qalibi olub

news photo

07.10.2018 13:42 // Formula 1

Avtomobil yürüşü üzrə Formula-1 dünya çempionatının Yaponiyada keçirilən Qran-Pri mərhələsi başa çatıb.

Youthportal.az xəbər verir ki, "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton 53 dövrəlik mübarizənin yekununda finiş xəttini birinci keçərək yarışın qalibi olub. Bununla Hemilton karyerası ərzində 71-ci qələbəsini qazanıb. Onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas finişə ikinci çatıb. "Red Bull" pilotu Maks Ferstappen üçüncü pillədə qərarlaşıb.

Ümumi sıralamada Lüis Hemilton Yaponiya Qran-Prisindən sonra 331 xalla 1-ci pillədəki mövqeyini daha da möhkəmlədib. "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel 264 xalla ikinci, Valtteri Bottas 207 xalla üçüncü, finlandiyalı pilot Kimi Raykonnen 196 xalla dördüncüdür.

Avtomobillərin yarışında isə "Mercedes" 538 xalla qalib gəlib. "Ferrari" 460 xalla ikinci, "Red Bull" isə 319 xalla üçüncü yeri tutub.

Dünya çempionatının növbəti Qran-Pri mərhələsi oktyabrın 19-21-də ABŞ-da keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi