Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU ilə Vyetnam universitetləri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb (FOTO)

news photo

20.09.2018 16:48 // Təhsil

Vyetnam Milli Assambleyası sədrinin müavini Uong Chu Luunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan Youthportal.az-a bildiriblər ki, görüşdə rektor, akademik Abel Məhərrəmov gələn il universitetin 100 illik yubileyinin keçiriləcəyini qeyd edib, bu ali məktəbin tarixi, beynəlxalq əlaqələri barədə məlumat verib.

Rektor Azərbaycan-Vyetnam əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, təhsil sahəsində yeni layihələrin həyata keçirilməsinin önəmli məsələ olduğunu söyləyib. Universitetdə türk, ərəb, fars, ibri, urdu, yapon, Çin və Koreya dilləri üzrə mərkəzlərin olduğu qeyd edilib, Vyetnam dili və ədəbiyyatının tədrisi istiqamətində birgə addımların atılmasının da faydalı ola biləcəyi diqqətə çatdırılıb.

Uong Chu Luu vaxtilə təhsil aldığı bu universitetdə yenidən olmasından məmnunluğunu ifadə edib. Qonaq, eyni zamanda, Vyetnamdan dörd minədək məzunun Azərbaycanın ali məktəblərini bitirdiyini, nümayəndə heyətində iştirak edənlərin arasında da BDU-nun məzunlarının olduğunu bildirib.

Görüşdə Vyetnam universitetləri ilə əlaqələrin yaradılması, elm və təhsil sahəsində müəllim-tələbə mübadiləsi, Vyetnam dilinin tədrisi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti universitetin elmi-tədqiqat laboratoriyalarında, muzeylərində, hüquq fakültəsində olublar.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi