Ru
Bakı
USD
EUR
GBP
RUB

Lənkəran müəllimləri gender bərabərliyini təbliğ etməyin yollarını öyrəniblər (FOTO)

news photo

20.09.2018 12:46 // Təhsil

Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə “Fənn müəllimləri və psixoloqları üçün UNESCO-nun qlobal dərsləri çərçivəsində şagirdlərə gender bərabərliyi dərslərin keçirilməsi üçün metodik və praktik dəstək” layihəsi üzrə təlim təşkil olunub

Təlim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) nümayəndələrinin iştirakı ilə keçirilib.

TİPİİ-dən Youthportal.az-a bildirilib ki, tədbirdə təlimçi və ekspert qismində bu qurumun beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov və şöbənin baş mütəxəssisi Vüsalə Həsənova iştirak ediblər.

Təlim zamanı fənn müəllimləri “Gender bərabərliyi”nin tərifi, gender bərabərsizliyinin səbəbləri və nəticələri barədə məlumatla tanış olublar. Həmçinin müəllimlər gender bərabərliyini təbliğ etməyin yollarını öyrəniblər. Təlimdə gender bərabərliyi ilə bağlı sosial eksperiment-çarxını izləyən müəllimlər qrup halında müzakirələr aparıb və təkliflər hazırlayıblar.

Təlimdə fəallıq göstərən iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-lisey UNESCO-nun assosiativ məktəblər şəbəkəsinin üzvüdür.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi