Ru
Bakı
USD
EUR
GBP
RUB

Polo üzrə Azərbaycan millisi İtaliyada Avropa çempionatında iştirak edəcək

news photo

19.09.2018 16:42 // İdman

Sentyabrın 20-də İtaliyanın Siyene şəhərində Beynəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə polo üzrə Avropa çempionatı start götürəcək.

Youthportal.az xəbər verir ki, çempionatda Azərbaycan, Avstriya, Almaniya, Fransa, Hollandiya, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya və İtaliya yığma komandaları iştirak edəcəklər.

Azərbaycan milli komandası ilk dəfə Avropa çempionatının iştirakçısı olacaq. Yığmamız sentyabrın 20-də Hollandiya, iki gün sonra Fransa, sentyabrın 24-də Slovakiya, ayın 26-da isə İtaliya yığması ilə qarşılaşacaq.

2015-ci ildə Bakıda arena polo üzrə Avropa çempionatında millimizin qələbəsi qitənin aparıcı komandalarını yığmamıza güclü rəqib kimi yanaşmağa və idmançılarımız ilə görüşlərə ciddi hazırlaşmağa məcbur edib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi