Ru
Bakı
USD
EUR
GBP
RUB

Pirallahıda Beynəlxalq Sülh Günü münasibətilə fləşmob keçirilib

news photo

19.09.2018 16:00 // Cəmiyyət

21 sentyabr – Beynəlxalq Sülh Günü ərəfəsində Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı 168 nömrəli tam orta məktəbdə “Dünyaya sülh” devizi altında birgə fləşmob təşkil ediblər.

Youthportal.az xəbər verir ki, məktəbin orta siniflərində təhsil alan 100 şagirdin iştirakı ilə azadlıq və sülh simvolu olan göyərçin quşunun rəsmi çəkildi.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxşı edərək fləşmob iştirakçılarına Beynəlxalq Sülh Gününün zərurətdən yarandığını və vacibliyi barədə məlumat verdi. Sülh mövzusunun bu gün torpaqlarının 20 faizi işğal edilən, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, sülhsevər siyasi kursunun əsas prioritet istiqamətini dünyada ərazi bütövlüyü prinsiplərinə sadiqlik, terrorçuluğun bütün təzahürlərinə qarşı barışmazlıq, dinlərarası dialoqun, multikulturalizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, insan hüquq və azadlıqlarına hörmət kimi sülhsevər prinsiplər təşkil edir. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq müstəvisində həlli üçün əsaslı addımlar atır.

Sonda xatirə şəkli çəkdirildi.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi