Ru
Bakı
USD
EUR
GBP
RUB

Nazir Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşdü (FOTO)

news photo

14.09.2018 16:00 // Cəmiyyət

Bu gün gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərində  Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayon və şəhər sakinlərini qəbul edib.

Nazirlikdən Youthportal.az-a bildirilib ki, Şirvan “Gənclər evi”ndə baş tutan qəbulda ümumilikdə  20-dən artıq vətəndaşın idman, gənclər və digər sahələrlə bağlı müraciətlərinə baxılıb.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, gənclər sahəsini əhatə edən müxtəlif layihələrə dəstək verilməsi və onların   maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay  istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin sayının artırılması və onların müvafiq avadanlıqlarla təmin edilməsi gənclər sahəsini əhatə edən müraciətlər sırasında olub.   

İdman sahəsində edilən müraciətlər isə, əsasən   fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikinti və  təmiri və s olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi