Ru
Bakı
USD
EUR
GBP
RUB

Cəbhəyanı bölgədə birinci sinfə gedəcək şagirdlərə məktəbli forması paylanılıb

news photo

14.09.2018 14:00 // Təhsil

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən cəbhəyanı bölgədəki birinci sinfə gedəcək uşaqlara məktəbli forması, çanta və məktəb ləvazimatları hədiyyə edilib.

Komitədən Youthportal.az-a bildirilib ki, bununla əlaqədar Füzuli, Ağcabədi, Laçın, Ağdam, Bərdə və Tərtər rayonlarında, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məktəblilərlə görüş keçirilib.

Görüşlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov diqqətə çatdırıb ki, bu layihənin həyata keçirilməsinin məqsədi məktəblilərə dəstək göstərməkdir. Məktəblilərin Azərbaycanın uğurlu gələcəyinin təminatı olduğunu qeyd edən M.İsmayılov onların vətənpərvərlik ruhunda, milli mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməsinin vacibliyini vurğulayıb. M.İsmayılov cəbhə bölgəsində yaşayan vətəndaşlar arasındakı ruh yüksəkliyinin və Vətənə bağlılığın torpaqlarımızın işğaldan azad edilməsinə inamı daha da gücləndirdiyini diqqətə çatdırıb.

Birinci sinfə gedəcək uşaqların valideynləri hədiyyələrə görə minnətdarlıqlarını bildiriblər.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi