Ru
Bakı
USD
EUR
GBP
RUB

ADPU ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

news photo

14.09.2018 17:22 // Təhsil

Sentyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Türkiyə Respublikasının Van Yüzüncü İl Universitetinin rektoru Peyami Battal və prorektoru Əhməd Kazankaya ilə görüşüb.

ADPU-dan Youthportal.az-a bildirilib ki, rektor Cəfər Cəfərov rəhbərlik etdiyi universitet haqqında qonaqlara ətraflı məlumat verib. Qeyd edilib ki, 1921-ci ildə yaradılan ADPU ölkəmizin ilk anadilli universiteti olub. Fəaliyyət göstərdiyi müddət ərzində universitet 150 mindən çox pedaqoji kadr hazırlayıb, ölkəmizdə elm və təhsilin inkişafında böyük xidmətlər göstərib. Azərbaycan Müəllimlər İnstitutu filialları ilə birlikdə ADPU-ya qoşulub. Ölkəmizin ən böyük orta ixtisas təhsili müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Universitetdə təxminən 18 minə yaxın tələbə təhsil alır. Son illər ölkəmizdə müəllim peşəsinə maraq xeyli artıb. Builki tələbə qəbulu prosesinin nəticələri də bunu bir daha təsdiqləyir.

Professor P.Battal səmimi görüşə görə təşəkkürünü bildirib, təmsil etdiyi universitet haqqında məlumat verib. Qeyd olunub ki, universitet 1982-ci ildə Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün 100 illik yubileyi münasibətilə yaradılıb. Van Yüzüncü İl Universitetinin Türkiyə universitetləri arasında xüsusi yeri və mövqeyi var. P.Battal universitetin fəaliyyət istiqamətləri, fakültə və bölümləri, tədris prosesi, müəllim və tələbələri, idarəetmə strukturları barədə danışıb.

Sonra ADPU ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi və “Mövlana Mübadilə Proqramı” çərçivəsində protokol imzalanıb. Əməkdaşlıq çərçivəsində imzalanmış sənədlərdə birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi və digər məsələlər əksini tapıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi