Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan gimnastı Zöhrə Ağamirova dünya çempionatında çoxnövçülüyün finalına çıxdı

news photo

14.09.2018 12:42 // İdman

Azərbaycan gimnastı Zöhrə Ağamirova Sofiyada keçirilən bədii gimnastika üzrə dünya çempionatında çoxnövçülüyün finalına çıxdı.

Azərbaycan Gimnastika Federasiyasından Youthportal.az-a bildirilib ki, Zöhrə Ağamirova dörd növ üzrə çıxışın yekunlarına əsasən 50.650 bal toplayaraq 22-ci yeri tutub və finala çıxıb. Ondan azacıq geri qalan Veronika Qudis 25-ci mövqedə qərarlaşaraq ehtiyat gimnastların sırasında yer alıb.

Azərbaycanın bədii gimnastika yığması Sofiyada keçirilən dünya çempionatında komanda hesabına görə 9-cu yeri tutur. Yığmamız Zöhrə Ağamirova, Veronika Qudis və Darya Sorokinanın səyləri sayəsində 131.700 bal toplayıb ki, bununla da Özbəkistan, Sloveniya, Qazaxıstan, Koreya, Çin, Kanada, Polşa, İspaniya və digər ölkələrin komandalarını geridə qoyub.

Dünya çempionatında hələ ki Rusiya yığması liderdir. Ondan sonrakı mövqelərdə Bolqarıstan və İtaliya gimnastları qərarlaşıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi