Ru
Bakı
USD
EUR
GBP
RUB

İsrail "Eurovision-2019" müsabiqəsinin keçiriləcəyi şəhərlə bağlı qərarını verib

news photo

14.09.2018 15:47 // Cəmiyyət

"Eurovision-2019" mahnı müsabiqəsinin təşkilatçıları yarışmanın gələn il İsrailin Təl-Əviv şəhərində keçiriləcəyini təsdiqləyiblər.

Youthportal.az xəbər verir ki, bu barədə müsabiqənin Mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, müsabiqənin ilk yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, final isə mayın 18-də baş tutacaq.

Xatırladaq ki, bu il keçirilən müsabiqəni "Toy" (Oyuncaq) mahnısını ifa edən İsrail müğənnisi Netta Barzilai qazanıb. Bundan sonra İsrailin baş naziri Binyamin Netanyahu "Eurovision-2019"un Qüdsdə keçiriləcəyinə dair vəd vermişdi.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi