Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanda kadr hazırlığı üçün yeni tədris mərkəzi yaradılır

news photo

14.09.2018 16:29 // Cəmiyyət

Prezident İlham Əliyev "Tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. 

Youthportal.az xəbər verir ki, sərəncamda bildirilir ki, ölkəmizdə içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlərin icrası kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Bu sahədə mütəxəssislərin peşəkarlığının və praktiki təlim vərdişlərinin artırılması qarşıya qoyulan ən mühüm vəzifələrdəndir. Hazırda təlim-tədris işinin müasir səviyyədə qurulması, beynəlxalq standartlara keçidin sürətləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, habelə texniki-mühəndislik xidmətlərinin innovativ metod və təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.

Tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 5 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi