Ru
Bakı
USD
EUR
GBP
RUB

Kamal Abdullayev Nardaran məktəblilərinə mühazirə oxuyacaq

news photo

14.09.2018 10:59 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullayev ənənəsinə sadiq qalaraq ötən illərdə olduğu kimi bu il 15 sentyabr Bilik günündə orta məktəbdə şagirdlərə mühazirə oxuyacaq.

ADU-dan Youthportal.az-a bildirilib ki, yeni tədris ilində akademik K.Abdullayevin mühazirə oxuyacağı məktəb Prezident İlham Əliyevin yeni açılışını etdiyi Nardaran qəsəbə 295 saylı orta məktəbdir. Yaxın gələcəkdə reallaşacaq bir neçə proyektin gerçəkləşməsində ADU ilə əməkdaşlıq edən, bu il əsaslı təmir və yenidənqurmadan sonra qəsəbə sakinlərinin istifadəsinə verilən 295 saylı orta məktəb həm maddi texniki bazasının zənginliyi, həm də son illərdə qazandığı nailiyyətlərlə ölkəmizin seçilən təhsil ocaqlarından birinə çevrilib. Akademik Kamal Abdullayevin mühazirəsi “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda olacaqdır. 

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi