Ru
Bakı
USD
EUR
GBP
RUB

Cüdoçularımız Avropa birinciliyində 4 medal qazanıblar (FOTO)

news photo

14.09.2018 09:38 // İdman

Sentyabrın 13-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatı başlayıb.

Azərbaycan Cüdo Federasiyasından Youthportal.az-a verilən məlumata görə, çempionatın ilk günündə Azərbaycan millisi 4 medal qazanıb.

Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Tofiq Məmmədov finaladək inamla irəliləyib. Həlledici görüşdə rusiyalı Konstantin Simeonidisə qalib gələn T.Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Çempionatda 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançılarımız Rövşən Əliyev gümüş, Balabəy Ağayev isə bürünc medala sahib olublar.

Qızların mübarizəsində 44 kiloqram çəki dərəcəsində Şəfəq Həmidova yarışı üçüncü pillədə başa vurub.

Sentyabrın 16-dək davam edəcək çempionatda 42 ölkədən 400-dən ç

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi