Ru
Bakı
USD
EUR
GBP
RUB

“ARTIM” layihə çərçivəsində “Dolu boşluq: Virtual reallıq incəsənəti” adlı sərgi açılacaq

news photo

13.09.2018 17:18 // Cəmiyyət

Sentyabrın 20-də “YARAT” Müasir İncəsənət Məkanı “ARTIM” layihə çərçivəsində “Dolu boşluq: Virtual reallıq incəsənəti” adlı sərgini təqdim edəcək.

Youthportal.az xəbər verir ki, “ARTIM” Layihə Məkanında virtual reallıq sahəsində işləyən rəssamlar - Şahnaz Ağayeva, Sərxan Rəcəbov və Orxan Qarayevin yeni əsərləri nümayiş olunacaq.

Sərginin adı boş “ARTIM” məkanında toplanılan virtual layihələri xüsusi VR eynəklər vasitəsilə görmək ideyasından qaynaqlanır.

Şahnaz Ağayevanın məkana uyğunlaşan “Van Qoq. Arlda yataq otağı” layihəsi alternativ reallıq və məkan bağlılığı konseptini tədqiq edir. “Zamanın burulğanı” layihəsi rəssamın həyatın nağıla bənzər rəvayət formasında təqdimatıdır.

Orxan Qarayev "Dünyaların toqquşması" əsəri tamaşaçını həndəsi və psixodelik burulan lentlərlə hipnoz edərək, kainatda insan məfhumunun cılız olduğunu ideyasını ötürür. Rəssamın ikinci VR layihəsi “Qaçılmazlıq" adlanır və həyatda hər şeyin mənasız olması fikrini vurğulayır.

Sərxan Rəcəbovun "Virtual muzey" layihəsi bir-biri ilə konsept cəhətdən əlaqəli olmayan virtual incəsənət obyektlərini təqdim edir. Bu obyektlərin çoxu antik və klassik prototiplərdən götürülüb və üzərində müxtəlif formasiyalar nümayiş etdirilir. “Qanadlı maral” və "3D Bakı" layihələri, tanıdığımız obyektləri fərqli bucaqdan qavrama ideyasını açıqlayır.

Layihələrin həyata keçməsində rəssamlar “Oculus Rift”, “Tilt Brush”, “Masterpiece” və “Gravity Sketch” proqramlarından yararlanıblar.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi