Ru
Bakı
USD
EUR
GBP
RUB

"Formula 1" üzrə Azərbaycan Qran Prisinin biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb

news photo

13.09.2018 13:10 // Formula 1

2019-cu ilin aprelində keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinin biletləri oktyabrın ikinci yarısından satışa çıxarılacaq.

Youthportal.az xəbər verir ki, bu barədə Qran Pri hazırlıqlarına başlanılması ilə əlaqədar jurnalistlərlə keçirilən görüşdə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib. BŞH rəsmisi vurğulayıb ki, biletlərin qiyməti əvvəlki illərə nisbətən ucuz olacaq.

N.Arpadarai "Formula 1" trasında inşaat işlərinə isə noyabrın sonları - dekabrın əvvəllərində start veriləcəyini də açıqlayıb. 

Hazırlıq dövründə müxtəlif tədbirlərin də nəzərdə tutulduğunu diqqətə çatdıran departament rəhbəri media nümayəndələri ilə bağlı müəyyən layihələrin də həyata keçiriləcəyini vurğulayıb. Bu sırada o, media üçün "Formula 1" idman növü üzrə dilçilik-terminologiya kursunun təşkilinə dair "Report"un təklifinə müsbət yanaşıb.

N.Arpadarai Qran Priyə hazırlıq dövründə təşkil olunan brifinqlərdə təkcə özünün deyil, Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimovun da iştirakına çalışacağını söyləyib.

Tədbir səmimi müzakirələr şəraitində davam edib.

Qeyd edək ki, gələn mövsümün ilkin təqvimində Azərbaycan Qran Prisinin 26 - 28 apreldə təşkili nəzərdə tutulub.   

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi