Ru
Bakı
USD
EUR
GBP
RUB

Bilik Fondu Samuxda “Qoy həmişə sülh olsun!” mövzusunda “dəyirmi masa” təşkil edib

news photo

13.09.2018 16:40 // Cəmiyyət

Sentyabrın 12-də Samux şəhər 3 nömrəli tam orta məktəbində 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunan “Qoy həmişə sülh olsun!” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Samux rayonu üzrə nümayəndəsinin təşəbbüsü ilə rayon təhsil şöbəsi tərəfindən təşkil olunub.

Fonddan Youthportal.az-a bildiriblər ki, Bilik Fondunun yerli nümayəndəsi Nuridə Həsənova Beynəlxalq Sülh Günü barədə görüş iştirakçılarına məlumat verib. Qeyd edilib ki, Azərbaycan ilə Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından 24 il keçir. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə etinasız yanaşır və ermənilər tərəfindən atəşkəsin mütəmadi pozulması halları baş verir. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev münaqişənin sülh yolu ilə həlli istiqamətində əməli işlər görür.

Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllimləri Azərbaycanın dünyada sülhpərvər ölkə kimi tanındığını faktlarla diqqətə çatdırıblar.

Sonda şagirdlərin hazırladıqları bədii kompozisiya nümayiş olunub.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi