Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Avropa İttifaqının Gənclər Konfransında təmsil edib (FOTO)

news photo

12.09.2018 12:46 // Gənclər üçün

“Avropa İttifaqının Gənclik Məqsədləri”nin gənclər tərəfindən formalaşdırılması üçün 2-4 sentyabr tarixlərində konfrans keçirilib. Konfransda Avropa İttifaqına daxil olan 28 ölkə, Qərbi Balkan və Şərq Tərəfdaşlığı ölkələrindən olan 250-dən çox gənc iştirak edib. Tədbirə Avropa İttifaqı ölkələrinin nazir və nümayəndə heyəti də qatılıb.  Əsas məqsəd dövlət rəsmilərinin gənclər ilə görüşüb, fikir mübadiləsi aparmasıdır. Gənclər tərəfindən hazırlanan məqsəd və hədəflər Avstriya prezidentliyinin dəstəyi ilə Vyanada keçirilən konfransa təqdim edilib. Bu konfransda qeyd edilən məqsədlərə çatmaq üçün konkret fəaliyyətlər müəyyən edilib. Sözügedən böyükmiqyaslı konfransda Azərbaycanı Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova təmsil edib. 

Təşkilatdan Youthportal.az-a bildirilib ki, aəaliyyət planına əsasən forumun 18 ay müddətində keçirilməsi nəzərdə tutulub. Bu çərçivədə Avropa İttifaqı Şurasına 6 ay olmaqla Estoniya, Bolqarıstan və Avstriya prezidentlik edib. İlk konfrans 2017-ci ilin oktyabrında Estoniyanın paytaxtı Tallində baş tutub. Bu konfransda gənclər tərəfindən strategiyada əks edilən 20 əsas mövzu müəyyən edilib. Daha sonra Bolqarıstanda keçirilən tədbirdə iştirakçılar həmin mövzular üzərində müzakirə apararaq, 11 məqsəd altında birləşdirib. Gənclər tərəfindən təklif olunan məqsədlərə Avropa İttifaqının gənclər ilə əlaqələndirilməsi, gender bərabərliyi, həmrəy cəmiyyət, informasiya və konstruktiv dialoq, mental sağlamlıq və rifah, kənd gənclərinin inkişafı, hamı üçün keyfiyyətli məşğulluq, keyfiyyətli təhsil, gənclərin iştirakçılığı, dayanıqlı və yaşıl Avropa, gənclər təşkilatları və Avropa proqramları daxildir.  Avropanın Gənclər Strategiyasında yer almağı hədəfləyən məqsədlər isə belədir - Avropa İttifaqı ilə gənclərin əlaqələndirilməsi, genderlər bərabərliyi, həmrəy cəmiyyət, informasiya və konstruktiv dialoq, mental sağlamlıq və rifah, kənd gənclərinin inkişafı, hamı üçün keyfiyyətli məşğulluq, keyfiyyətli təhsil, gənclərin iştirakçılığı, dayanıqlı və yaşıl Avropa, gənclər təşkilatları və Avropa proqramları.

Gənclərin sözügedən proqramlardan xəbərdar olması, proqramların təbliği, məhdud imkanlı gənclərin bu proqramlara cəlb olunması, maliyyə resurslarının artırılması, ittifaqın  proqramlara dəstəyi də həmçinin müzakirə edilən mövzular sırasındadır. Gənclər tərəfindən hazırlanıb, təklif edilən məqsəd və hədəflərin yekun nəticəsi Avstriyanın prezidentliyi ilə keçirilmiş son konfransa təqdim edilib. Müəyyən edilən hədəflərə çatmaq üçün artıq məqsədyönlü addımlar atılmaqdadır.

Növbəti konfransın isə Rumıniyada olacağı planlaşdırılır.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi