Ru
Bakı
USD
EUR
GBP
RUB

Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlər seçiləcək

news photo

12.09.2018 12:37 // Gənclər üçün

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsü Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan Nümayəndələyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.

Layihə haqqında məlumat:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 iyul 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması haqqında 2014-cü il aprelin 1-də Bakı şəhərində imzalanmış Layihə Sənədi onun tərkib hissəsi hesab edilən Əlavələrlə birgə təsdiq edilmişdir.

Layihənin əsas fəaliyyət istiqamətlərindən biri olaraq 28-30 oktyabr 2014-cü il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, BMT Baş Katibinin Gənclər üzrə Elçisinin Ofisi, YUNESKO, BMT İnkişaf Proqramı və Avropa Şurasının təşkilatçılığı ilə Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum təşkil olunmuşdur.

Layihənin digər istiqaməti Azərbaycanda BMT Modelinin institutlaşdırılması olmuşdur. Bu istiqamət çərçivəsində 2015-2016-cı illərdə müxtəlif ali təhsil müəssisələrində BMT Modeli Klublarının əsası qoyulmuş, iki dəfə MilliMUN – BMT Modeli üzrə Milli Konfrans və 2 Yay Məktəbi keçirilmişdir. Həmçinin BMT Modeli Klubları tərəfindən də çoxsaylı konfranslar, təqdimat və təlimlər təşkil olunmuşdur.

Layihənin 2014-2016-cı illərdə uğurlu icrası nəzərə alaraq 27 aprel 2018-ci il tarixdə Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramı layihənin davam etdirilməsi barədə razılığa gəlmişlər.

Layihə hazırda 3 istiqamət üzrə fəaliyyət göstərir:

  • Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği, DİM üzrə Gənc Səfirlərin seçilməsi və DİM üzrə Könüllü Milli Hesabatların hazırlanmasında gənclərin iştirakı
  • Azərbaycanda könüllülük fəaliyyətinin genişləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması
  • Azərbaycanda BMT Modeli hərəkatının möhkəmləndirilməsi və genişləndirilməsi

DİM üzrə Gənc Səfirlər:

Gənc Səfirlərin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, DİM-lərə nail olmaqda gənclərin iştirakını təşviq etmək, yerli və milli səviyyədə atılan addımlar barədə əhalinin məlumatlandırılmasına və Milli Hesabatların hazırlanmasına töhvə verməkdir.

Gənc Səfirlər 14-29 yaşlı Azərbaycan Respublikası vətəndaşları arasından seçiləcək və 2 il müddətində fəaliyyət göstərəcəklər.

Gənc Səfirlərin sayı 17-dən çox ola bilməz: bir DİM üzrə yalnız 1 nəfər Gənc Səfir seçilə bilər.

Gənc Səfirlər könüllü əsaslarla fəaliyyət göstərəcəklər. Onların fəaliyyəti paytaxtı və Azərbaycanın müxtəlif regionlarını əhatə etməlidir.

Gənc Səfirlərin seçimi:

Ərizə qəbulu elan edildikdən və namizədlərin müraciətləri toplandıqdan sonra DİM üzrə Gənc Səfirlərin seçimi 2 mərhələdə həyata keçiriləcəkdir:

  1. İlk öncə işçi qrup nümayəndələri tərəfindən bütün müraciətlər araşdırılacaq və ilkin müsahibə keçirilərək namizədlərin qısa seçim siyahısı hazırlanacaqdır.
  2. Daha sonra, Gənclər və İdman Nazirliyi, BMT İnkişaf Proqramı və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının nümayəndlərindən ibarət heyət qısa seçim siyahısında olan namizədləri yekun müsahibə əsasında qiymətləndirib son seçim barədə qərar verəcək.

Seçilmiş DİM üzrə Gənc Səfirlərin fəaliyyəti layihə əməkdaşları tərəfindən əlaqələndiriləcək. Fəaliyyət müddətləri ərzində, DİM-lərin təbliği məqsədilə və tərəfdaşların dəstəyi ilə Gənc Səfirlərin kütləvi informasiya vasitələrində çıxışları, müxtəlif  müəssisələrdə təqdimatları və təlimləri, regional, milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirakı və digər uyğun tədbirlərdə iştirakı nəzərdə tutulur.

Necə müraciət etməli:

  1. Hər bir Gənc Səfir üçün meyarlar, tələblər və fəaliyyət istiqamətləri haqqında dolğun məlumata sahib olmaq üçün aşağıda qeyd olunan hər bir Dayanıqlı İnkişaf Məqsədi üzrə Şərtlər Toplusunu diqqətlə oxuyun.
  2. Keçiddəki müraciət formasını doldurun: https://goo.gl/forms/ZzdN0Fej9P6d8UEn1
  3. Bu zaman sizdən həmçinin öz CV-nizi və motivasiya videonuzu yükləmək istəniləcək. Zəhmət olmasa qeyd olunan bütün şərtləri diqqətlə izləyin.
  4. Nəzərə alın ki, ərizədə qeyd olunan şərtlərin hər birini tamamlamasınız, müraciətiniz qeydə alınmayacaqdır.
  5. Müraciət üçün son tarix 17 sentyabr 2018-ci il, Bakı vaxtı ilə 23.59-dur.

Dayanıqlı İnkişaf Məqsədi üzrə Şərtlər Toplusu

 

 

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi